Şer, Uitni Hyuston və Pol Saymon Qremmi Ömürlük Nailiyyət Mükafatlarını Alacaqlar
Amerikalı müğənnilər Şer və Uitni Hyuston, eləcə də rok musiqiçisi Pol Saymon xüsusi Qremmi Ömürlük Nailiyyət Mükafatını alacaqlar. Milli Səsyazma Sənətləri və Elmləri Akademiyası bu barədə rəsmi saytında məlumat verib.
Meksika-Amerika gitaraçısı Karlos Santana və vokalist Çaka Xan da nüfuzlu mükafatı alacaqlar. Nigeriyalı çoxinstrumentalist Fela Kuti (1938–1997) ölümündən sonra mükafatlandırılacaq.
Akademiya qeyd edib ki, bu sənətçilər onilliklər ərzində dünyanın müxtəlif nəsillərinin dinləyicilərini birləşdirən unikal kompozisiyalar yaradıblar. Məsələn, Hyustonun 1992-ci ildə yazdığı "Mən Səni Həmişə Sevəcəyəm" mahnısı bütün zamanların ən çox satılan qadın-vokalist sinqlına çevrilib.
Xüsusi Ömürlük Nailiyyət Mükafatı səsyazma sənayesinə əhəmiyyətli töhfələr verən sənətçilərə təqdim olunur. Mükafatlandırma mərasimi gələn il yanvarın 31-də, əsas Qremmi mükafatlandırma mərasimindən bir gün əvvəl keçiriləcək.
Əziz MUSTAFA



.jpg)



.jpg)























































.jpg-1.jpg)
.jp-1.jpg)
.jpg-1.jpg)




























