Londonun mərkəzində Benksinin yeni əsəri peyda olub
Britaniyalı küçə rəssamı Benksinin London mərkəzində yeni əsəri ortaya çıxıb. Oxuməni.az xəbər verir ki,qrafiti şəklini o, İnstaqramda yayımlayıb.
Qrafiti ağ divarda iki uşaq təsvir edir. Divarın yanında bir əlavə tikili olduğundan, sanki uşaqlar damda uzanırmış kimi təəssürat yaranır. Onlar qalın şapka və gödəkçələrdədir, biri isə barmağı ilə yuxarı işarə edir.
BBC yazır ki, qrafiti evsiz uşaqlar probleminə həsr olunub. Tamamilə eyni rəsm dekabrın 19-da London mərkəzindəki Centre Point qülləsinin yaxınlığında peyda olub. Nəşrin mənbəsi qeyd edib ki, müəllif Benksidir, lakin rəssamın özü bu məlumatı təsdiqləməyib.
Yaradıcı ictimaiyyətin nümayəndələri hesab edirlər ki, qüllə xüsusi olaraq problemə diqqət çəkmək üçün seçilib. "Simvolikdir ki, insanlar dayanmır. Onlar evsizlərin yanından keçir və küçədə uzananları fərq etmirlər," - rəssam Daniel Lloyd-Morgan qeyd edib.
Benksinin karyerası boyu şəxsiyyətini gizlətməsi səbəbindən, o, "Çiçək atan" əsəri də daxil olmaqla bəzi işlərinə müəllif hüquqlarından məhrum olub. Öz rəsmlərində o, tez-tez kəskin sosial və siyasi mövzulara toxunur.
Almaz Həsənli






.jpg)



.jpg)

















































































