
Almaniya Rusiya və Çinə qarşı kosmik müdafiəyə 35 milyard avro xərcləyəcək
Almaniyanın müdafiə naziri Boris Pistorius hökumətin Rusiya və Çinə qarşı müdafiə üçün kosmik müdafiə sisteminin yaradılmasına qarşıdakı beş il ərzində 35 milyard avro xərcləyəcəyini açıqlayıb.
“Son illərdə Rusiya və Çin kosmosda müharibə aparmaq imkanlarını əhəmiyyətli dərəcədə genişləndiriblər: onlar peykləri sıradan çıxara, kor edə, manipulyasiya edə və ya fiziki cəhətdən məhv edə bilərlər”, - deyə cənab Pistorius Berlində keçirilən kosmik konfransda bildirib. Nazir onu da bildirib ki, Rusiya artıq Almaniyanın istifadə etdiyi Avropa Intelsat peyklərini izləmək üçün özünün Luch rele peyklərindən istifadə edir.
Almaniya hökuməti peyk şəbəkələrinə, yerüstü stansiyalara və hərbi peyk idarəetmə mərkəzinə sərmayə qoymaq niyyətindədir.
Əziz Mustafa