İnsan öldükdən sonra bədəninə nə olur?
Ürək döyüntüsü dayandıqda insanın öldüyü hesab olunur. Lakin onun orqanizmində müxtəlif kimyəvi və fizioloji proseslər uzun müddət davam edir. Hətta bəzi hüceyrələr bir neçə saat sonra da fəaliyyətini davam etdirir. Oxuməni.az-ın "Euronews"a istinadla xəbərinə görə, bu barədə “Nature Communications” jurnalında dərc olunan tədqiqatın nəticələri haqqındakı materialda bildirilir.
Ürək bütün orqanizmin mühərrikidir və onun fəaliyyəti orqanizmin həyat fəaliyyətini təmin edir. Buna görə də, hamıya məlum olduğu kimi, ürək fəaliyyətinin dayanması ilə insan ölür. Lakin onun bədənindəki unikal kimyəvi proseslər uzun müddət dayanmır və hüceyrə səviyyəsində, əslində, yaşamağa davam edir. Üstəlik, fizioloji baxımdan orada əsl inqilab baş verir!
İlk olaraq avtoliz başlayır, yəni hüceyrələr öz hidrolitik fermentlərinin təsiri altında həll olur. Oksigen çatışmazlığı səbəbindən beyin sönür, lakin sonradan alimlərin hələ də izahını tapa bilmədiyi bir fəaliyyət artımı baş verir.
Sonra cəsədin sərtləşməsi, bakteriyaların axını, toxumaların fermentasiyası və tamamilə çürüyənə qədər qazların ayrılması başlayır. Əslində, bizim hüceyrələrimiz ölümündən sonra belə fəaliyyətini davam etdirir, bəziləri isə ölümündən 14 saatdan çox aktiv qalır.
Bədənə və orqanizmə konkret olaraq nə olur?
Birincisi, ürək fəaliyyəti və nəfəs alma dayanır. Ürək və ağciyərlər bir-birinə çox bağlıdır. Buna görə də, bir orqan sıradan çıxarsa, digəri də fəaliyyətini dayandırır. Ardınca orqanizmdə qan dövranı dayanır.
30 saniyə sonra
Oksigensiz qalan orqanizm "enerji qənaət" rejiminə keçir. Hüceyrələr fəaliyyətini azaldır, məsələn, neyronlar arasındakı əlaqəni kəsir. Beynin elektrik fəaliyyəti azalır və insan şüurunu itirir. Sonra son mutasiya nəticəsində neyronlar tormoz vəziyyətindən çıxır və bütün yığılmış enerjini sərbəst buraxır, bu da elektrik fəaliyyətinin pik həddi şəklində özünü göstərir.
Ölüm hadisəsindən 4-5 dəqiqə sonra orqanizmin hüceyrələri oksigen çatışmazlığı səbəbindən dağılmağa başlayır. Onlar karbon qazı istehsal edir ki, bu da öz sitoplazmalarındakı fermentləri parçalayır. Sərbəst qalan fermentlər hüceyrələri daxildən həll etməyə başlayır, yəni avtoliz baş verir. Bu proses beyinə düzəlməz ziyan vurur.
30 dəqiqə sonra
Hüceyrələr öldüyü üçün orqanlar bir-birinin ardınca sıradan çıxır: əvvəlcə fermentlə zəngin olan qaraciyər, sonra mədəaltı vəzi və böyrəklər.
1 saat sonra
İlk sutka ərzində bədən temperaturu saatda orta hesabla 1 °C aşağı düşür və ətraf mühitin temperaturuna çatır.
2 saat sonra
Əzələlərin yığılması üçün lazım olan kalsium əzələ hüceyrələrində toplanır, çünki o, artıq orqanizmdən xaric olunmur. Bütün əzələlər sərtləşir - ilk növbədə boyun, göz qapaqları və çənə. Sonra meyit sərtliyi (rigor mortis) təxminən 12 saat ərzində tədricən bütün bədənə yayılır.
7 saat sonra
Tədqiqatın nəticələri göstərir ki, hələ də canlı olan hüceyrələrdə bəzi genlər aktivlik zirvəsinə çatır və hüceyrələrin stresslə mübarizə aparmasına və ya oksigen daşımasına kömək edən zülallar istehsal edir. Bu, ölümündən 14 saat sonraya qədər davam edir.
12 saat sonra
Yerçekimi qüvvəsinin təsiri ilə qan bədənin aşağı hissələrinə axır və bu nahiyələrin dərisi mavi və ya bənövşəyi rəng alır. Qurumuş dəri qırışır, dırnaqların uzanmağa davam etdiyi təəssüratını yaradır. Kişilərdə sperma ölümündən 36 saata qədər canlı qalır.
36 saat sonra
Bədəndəki bakteriyalar, xüsusilə bağırsaqlardakı bakteriyalar artıq immunitet sistemi tərəfindən idarə olunmur. Əvvəlcə həzm sisteminə ziyan vurur, sonra isə qaraciyərə, dalağa, ürəyə və nəhayət beyinə yayılır. Bütün orqanlara çatmaq üçün təxminən 58 saat vaxt lazımdır.
Bu bakteriyalar qaz ifraz edir, bu da qarnın şişməsinə və üzün ödemli görünməsinə səbəb olur. Onlar həmçinin cəsədə yaşıl rəng verir və sərtləşmiş bədən yumşalır.
17 gün sonra
2012-ci ildə aparılan bir araşdırma göstərib ki, metabolizmi minimuma endirilmiş əzələ kök hüceyrələri ölümündən 17 gün sonra hələ də sağ qalır.
Bir ay sonra
Qurdlar həşəratların təsirinə məruz qalmış cəsədin 60%-ə qədərini ilk həftə ərzində həzm edə bilər, bundan sonra yalnız skelet qalır. Tabutda cəsədin çürüməsi təxminən on il çəkə bilər.
İki il sonra
Sümüklər səthdə qaldıqda torpağa çevrilir. Basdırıldığı təqdirdə isə milyon illərlə qala bilər.
Almaz Həsənli





.jpg)































































.jpg)
.jpg)
.jpg)






















