"Barselona"nın baş məşqçisi Flikin atası vəfat edib

"Barselona"nın baş məşqçisi Flikin atası vəfat edib

10:01
Bəyəndim (1) Bəyənmədim (0)



"Barselona"nın baş məşqçisi Hans-Diter Flikin atası vəfat edib. Oxuməni.az xəbər verir ki, İspaniya klubunun mətbuat xidməti bu xəbəri açıqlayıb. Onun nümayəndələri ona dəstək və başsağlığı veriblər.
"Biz onun və ailəsinin bu çətin anında onun ağrısını bölüşürük və onu dəstəkləyirik", - deyə komanda açıqlamada bildirib.
Hans Flikin atasının ölümünün səbəbi məlum deyil. "sport.es" saytının məlumatına görə, məşqçi bazar günü səhər soyunma otağında baş verən hadisə barədə oyunçularına məlumat verib. Şəxsi faciəyə baxmayaraq, alman məşqçi "Real Madrid"ə qarşı qarşıdan gələn oyunda ehtiyat oyunçular skamyasında olmaq niyyətindədir.
Almaz Həsənli