Andrey Sibiha dronların Ukraynaya məxsus olduğunu təsdiqləyib

Andrey Sibiha dronların Ukraynaya məxsus olduğunu təsdiqləyib

08:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın xarici işlər naziri Andrey Sibiha Labtviya ərazisinə düşən dronların Ukraynaya məxsus olduğunu təsdiqləyib. Bu barədə Reuters məlumat verib. Sibiha dünən dronların Ukrayna dronlarını Rusiyadakı hədəflərdən qəsdən yayındıran "Rusiya elektron müharibəsi" nəticəsində Latviyaya uçduğunu aydınlaşdırdı.

Problemi həll etmək üçün Slbiha, Ukrayna adından oxşar hadisələrin qarşısını almaq üçün Baltikyanı ölkələr və Finlandiya ilə əməkdaşlığa hazır olduğunu bildirdi.

Xüsusilə, Ukrayna Baltikyanı ölkələr üzərində hava təhlükəsizliyini gücləndirmək üçün mütəxəssislərini göndərməyi düşünür.

Xatırladaq ki, bu hadisəyə görə, Latviyanın Müdafiə Naziri Andris Spruds, Rusiyadan uçan iki Ukrayna dronu 8 may Cümə axşamı günü neft anbarlarına zərbə endirdikdən sonra istefa verib.Latviya ordusunun polkovniki Raivis Melnisin yeni müdafiə naziri təyin olunub.

Əziz Mustafa