Azərbaycan Qran-prisinin sıralanma turu başa çatıb
Bakıda Formula 1 üzrə mövsümün 15-ci mərhələsinin sıralanma turu başa çatıb.
2026-cı il Formula 1 Azərbaycan Qran-prisinin sıralanma turu Bakı vaxtı ilə saat 16:05-də Bakı Şəhər Halqasında başlayıb.
Oxuməni az-ın məlumatına görə, poul-pozisiyanı “Mercedes” komandasının pilotu Corc Rassell qazanıb. O, sıralanmanın üçüncü seqmentində 1:42.526 nəticə göstərib. “Ferrari” pilotu Şarl Lekler ikinci olub və poul sahibindən 0,837 saniyə geri qalaraq 1:43.363 nəticə göstərib. “McLaren” pilotu Oskar Piastri isə 1:43.364 (+0,838) nəticə ilə üçüncü yeri tutub.
Britaniyalı pilot sessiyanın hər üç seqmentində rəqiblərindən daha sürətli olub və mövsümdə beşinci poul-pozisiyasını qazanıb.
Ümumi sıralamada lider olan Kimi Antonelli (“Mercedes”) mübarizəni vaxtından əvvəl dayandırıb və sıralanma turundan kənarda qalıb.
Maks Ferstappen yalnız 8-ci nəticəni göstərib. O, komanda yoldaşı İsak Acarı qabaqlaya bilməyib.
Azərbaycan Qran-prisi
Bakı
25 sentyabr 2026-cı il
Sıralanma turu
İlk 10-luq
- Corc Rassell (“Mercedes”) – 1:42.526
- Şarl Lekler (“Ferrari”) – +0,837
- Oskar Piastri (“McLaren”) – +0,838
- İsak Acar (“Red Bull”) – +0,974
- Lando Norris (“McLaren”) – +1,146
- Lyuis Hemilton (“Ferrari”) – +1,332
- Pyer Qasli (“Alpine”) – +1,521
- Maks Ferstappen (“Red Bull”) – +1,555
- Karlos Sayns (“Williams”) – +2,040
- Franko Kolapinto (“Alpine”) – +2,437
İkinci seqmentdən sonra mübarizəni dayandıranlar:
11.Oliver Berman (“Haas”)
12.Liam Louson (“Racing Bulls”)
13.Aleks Albon (“Williams”)
14.Esteban Okon (“Haas”)
15.Arvid Lindblad (“Racing Bulls”)
16.Andrea Kimi Antonelli (“Mercedes”)
Birinci seqmentdən sonra mübarizəni dayandıranlar:
17.Qabriel Bortoleto (“Audi”)
18.Niko Hülkenberq (“Audi”)
19.Fernando Alonso (“Aston Martin”)
20.Serxio Peres (“Cadillac”)
21.Lens Stroll (“Aston Martin”)
22.Valtteri Bottas (“Cadillac”)
Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da keçiriləcək.
Emin Axundov

























































































