Qazaxıstanın 19 hərbçisi təlim zamanı Xəzər dənizində batıb, onlardan doqquzu həlak olub

Qazaxıstanın 19 hərbçisi təlim zamanı Xəzər dənizində batıb, onlardan doqquzu həlak olub

14:02
Bəyəndim (0) Bəyənmədim (0)

24 sentyabr 2026-cı il tarixində Manğıstau vilayətində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı, Xəzər dənizi sahilində meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən hərbi qulluqçuları dənizə aparıb. Oxuməni.az xəbər verir ki, bu barədə Zakon.kz məlumat yayıb.

İlkin məlumata görə, 19 hərbi qulluqçu dənizə düşüb.

"Hazırkı məqamda 9 hərbi qulluqçunun həlak olduğu təsdiqlənib. Üç nəfər xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib. Digərlərinin axtarışları davam etdirilir".

Hadisə yerinə dərhal xilasetmə xidmətlərinin qüvvə və vasitələri göndərilib.

Qazaxıstan Müdafiə Nazirliyi bildirib ki, axtarış-xilasetmə əməliyyatına Hərbi Dəniz Qüvvələrinin bölmələri, Fövqəladə Hallar Nazirliyi, aviasiya və digər aidiyyəti xidmətlər cəlb olunub.

Sentyabrın 22-də Müdafiə Nazirliyi Xəzər dənizinin Qazaxıstan sektorunda "Xəzər qorxanı-2026" ("Xəzər qalxanı-2026") təlimlərinin başladığını elan etmişdi.

Almaz Həsənli