Pilotsuz təyyarələri Rostov və Krasnodar vilayətinə hücum edib, neft anbarı və sənaye zavodu zədələnib

Pilotsuz təyyarələri Rostov və Krasnodar vilayətinə hücum edib, neft anbarı və sənaye zavodu zədələnib

13:36
Bəyəndim (0) Bəyənmədim (0)


Ukrayna pilotsuz təyyarələri sentyabrın 24-nə keçən gecə Rusiya Federasiyasının Rostov vilayətinə yenidən hücum edib. Oxuməni.az xəbər verir ki, bu barədə regionun rəhbəri Yuri Slyusar bildirib.

Onun sözlərinə görə, pilotsuz təyyarələr Taqanroq, Kaqalnitski və Neklinovski vilayətlərində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Kaqalnitski rayonunda neft anbarının ərazisindəki inzibati binalara “düşən dron zibilləri” nəticəsində ziyan dəyib. Qubernatorun sözlərinə görə, yanğın olmayıb və xəsarət alan olmayıb.

Krasnodar diyarının Dinski rayonunda regional əməliyyat qərargahı bildirib ki, Ukrayna pilotsuz təyyarələrinin “düşən dağıntıları” səbəbindən müəssisələrdən birinin ərazisində yanğın baş verib. Əməliyyat qərargahından verilən məlumata görə, itki yoxdur. Bunun hansı müəssisə olduğu açıqlanmır.

Rusiya Müdafiə Nazirliyi bir gecədə Rusiya bölgələri və Krım üzərində Ukraynaya məxsus 40 pilotsuz təyyarənin vurulduğunu bildirib.

Əziz MUSTAFA