Dmitriyev Uitkoff və Kuşnerlə Ukrayna münaqişəsini müzakirə edib

Dmitriyev Uitkoff və Kuşnerlə Ukrayna münaqişəsini müzakirə edib

14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerlə Moskva və Vaşinqton arasında əməkdaşlığı müzakirə edib. Oxuməni.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, tərəflər sentyabrın 24-də, cümə axşamı, Nyu-Yorkda görüşüblər. Görüşdə Rusiya-ABŞ əməkdaşlığı, həmçinin Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması müzakirə olunub.

Xatırladaq ki, sentyabrın 5-də amerikalı danışıqlar aparan Stiv Uitkoff və Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Ertəsi gün onlar Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə münaqişənin nizamlanmasını müzakirə ediblər. Uitkoff səfərlərin yekununda əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.

Almaz Həsənli