Zelenski Rusiya ilə üç atəşkəs variantını müzakirə etmək niyyətindədir

Zelenski Rusiya ilə üç atəşkəs variantını müzakirə etmək niyyətindədir

11:20
Bəyəndim (0) Bəyənmədim (0)


Zelenski Rusiya ilə üç atəşkəs variantını müzakirə etmək niyyətindədir.
Bunlara enerji, dəniz və taxıl atəşkəsləri daxildir. Ukrayna Prezidenti artıq bu təşəbbüsləri Türkiyə, Misir, Hindistan və BƏƏ liderləri ilə müzakirə edib. Oxuməni.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasınd deyib.

Dövlət başçısının sözlərinə görə, Ukrayna enerji infrastrukturuna zərbələrin dayandırılması ehtimalını nəzərdən keçirir və Qara dənizdə təhlükəsizlik ssenariləri hazırlayır. Zelenski qeyd edib ki, dəniz atəşkəsi təkcə taxıl dəhlizini deyil, həm də enerji ehtiyatlarının və metallurgiya məhsullarının daşınmasını əhatə edə bilər.

“Hər iki tərəf maraqlıdır. Allah qoysa, bu, nəticə verəcək. Mən bunda imkanlar görürəm”, - deyə prezident vurğulayıb.

Zelenski qeyd edib ki, o, artıq bu təşəbbüsləri dənizdəki vəziyyətin sabitləşdirilməsində birbaşa maraqlı olduqlarını bildirən Türkiyə, Misir, Hindistan və BƏƏ liderləri ilə müzakirə edib.

Xatırladaq ki, Ukrayna prezidenti əvvəllər danışıqların ilk nəticələrinin sentyabrın sonuna qədər olacağına ümid etdiyini bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya guya Ukrayna ilə müvəqqəti atəşkəs deyil, “davamlı sülh” əldə etməkdə maraqlıdır və bu, “heç nəyə nail olmayacaq”.

Əziz MUSTAFA