Partizanlar Uralda pilotsuz aparat anbarını dağıtdılar

Partizanlar Uralda pilotsuz aparat anbarını dağıtdılar

15:23
Bəyəndim (1) Bəyənmədim (0)

Partizanlar rusların cəbhəyə göndərilməyə hazırlaşdığı pilotsuz təyyarələrin olduğu anbarı yandırmağı bacardılar.

ATESH partizan hərəkatının agentləri Rusiyanın Sverdlovsk vilayətində Ukraynadakı döyüş zonasında Rusiya Silahlı Qüvvələrinə göndərilməyə hazırlanan pilotsuz təyyarə anbarını dağıtdılar. Oxuməni.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidmətinin yaydığı aşıqlamada deyilir.

"Məhv edilən avadanlıqlar arasında Rusiya qoşunları tərəfindən cəbhədəki əsas missiyalar üçün istifadə edilən qiymətli heksakopter pilotsuz uçuş aparatları da var idi", - deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, bu təyyarələr sursat, təchizat və dərman çatdırmaq, yüksək partlayıcı sursat atmaqla zərbələr endirmək və uzaqdan mina atmaq üçün istifadə olunur - havadan piyada əleyhinə və tank əleyhinə minalar yerləşdirmək.

Xatırladaq ki, ATESh partizanları əvvəllər Rusiya qoşunlarının Kursk bölgəsində məxfi məlumatların ötürülməsi və bölmələrin əlaqələndirilməsi üçün istifadə etdiyi üç rabitə qülləsini məhv etmişdilər.

Əziz Mustafa