Polşada ukraynalı monastırda qətliam törədib, ölən və yaralılar var
Polşanın Podkarpakye voyevodalığının Yaroslav şəhərində bir şəxs Benediktin bacılarının monastırının ərazisində bıçaqla insanlara hücum edib. Bir nəfər ölüb, daha dörd nəfər yaralanıb. Oxuməni.az xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.
Səhər yerli polisə Benediktin bacılarının monastırının ərazisində bıçaqlı bir şəxsin başqa bir kişiyə hücumu barədə məlumat daxil olub.
Hadisə yerində polis beş nəfərin - bir qadın və dörd kişinin yaralandığını müəyyən edib. Hamı xəstəxanaya yerləşdirilib. Yaralılardan biri dünyasını dəyişib. Daha iki qurbanın vəziyyəti ağırdır. Xəsarət alanlar din xadimləridir.
Polis hücum edən şəxsi saxlayıb - onun 31 yaşlı Ukrayna vətəndaşı olduğu üzə çıxıb və ondan bıçaq götürülüb. Hazırda hücumun motivi məlum deyil, qurbanların şəxsiyyəti müəyyənləşdirilir. İstintaq davam edir.
Əziz MUSTAFA




















































































