Britaniya Kosmik Komandanlığının rəhbəri saxlanılıb
Britaniya hərbi kosmik əməliyyatlarının rəhbəri, Hərbi Hava Qüvvələri general-mayoru Ceymi Tompson cinsi təcavüz istintaqı davam edənə qədər müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. Oxuməni.az xəbər verir ki, bu barədə Sky News Böyük Britaniya Müdafiə Nazirliyinin Ağır Cinayətlər Komandanlığının (SC) sözçüsünə istinadən məlumat yayıb.
"Biz təsdiq edə bilərik ki, Kral Hərbi Hava Qüvvələri üzvünün oğurluq və yetkin şəxsə qarşı ciddi cinsi təcavüz xəbərləri ilə əlaqədar saxlanılıb", - deyə SC bildirib və əlavə edib ki, oğurluqla bağlı istintaq başa çatıb və ittihamlarla bağlı qərar qəbul edilməsi üçün Hərbi Prokurorluq Xidmətinə göndərilib. SC sözçüsü izah edib ki, iddia edilən "ciddi cinsi təcavüz"lə bağlı istintaq davam edir.
Kral Hərbi Hava Qüvvələri televiziya kanalına izah edib ki, "Hərbi Hava Qüvvələri general-mayoru Ceyms Tompson istintaqın bir hissəsi olaraq hüquqlarına xələl gətirilmədən vəzifəsindən kənarlaşdırılıb". Əlavə məlumat verilməyib.
Ceyms Tompson iyun ayında Kosmik Komandanlığın rəhbəri vəzifəsini icra etməyə başlayıb. 2021-ci ildə Kral Hərbi Hava Qüvvələri daxilində yaradılan bu strukturun vəzifəsi kosmosda hərbi əməliyyatlar, o cümlədən təhdidlərin monitorinqi və peyk müdafiəsi aparmaqdır. Elə çərşənbə günü Kral Müdafiə Nazirliyi Britaniya peyklərini qorumaq və kosmosda hücum əməliyyatları aparmaq üçün eskadrilya yaradıldığını elan etdi.
Əziz Mustafa




















































































