Zelenski Trampla görüşdü: nələri müzakirə etdilər
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında danışıqlar Nyu-Yorkda baş tutdu. Oxuməni.az xəbər verir ki, bu barədə UNİAN-ın yaydığı məlumatda deyilir. Görüşün əsas mövzuları müharibənin bitməsi üçün diplomatik variantlar, qışa hazırlıq, Ukrayna enerjisinin qorunması və müdafiə əməkdaşlığının genişləndirilməsi, xüsusən də Patriot hava hücumundan müdafiə sistemi üçün raketlərin istehsalında olub.
Ukrayna tərəfi enerji infrastrukturuna qarşılıqlı hücumlara son qoymaq təşəbbüsü irəli sürüb. Volodimir Zelenskinin sözlərinə görə, ABŞ bu təklifi Rusiya tərəfinə çatdırmağa razı olub. Lakin görüş zamanı Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları birtərəfli şəkildə dayandırması üçün heç bir çağırış edilməyib.
Əziz Mustafa




















































































