Polşadakı Lublin və Rzeszow hava limanları hərbçilərin tələbi ilə bağlanıb
Polşada Lublin və Rzeszow hava limanları hərbçilərin tələbi ilə mülki uçuşları müvəqqəti olaraq dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə Polşa aeronaviqasiya agentliyi PASNA məlumat yayıb.
Agentlik Facebook səhifəsində bildirib ki, "Hərbi təyyarələrin istismar azadlığını təmin etmək zərurəti ilə əlaqədar olaraq, Lublin və Rzeszow hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb". Daha sonra uçuşların bərpa olunduğunu elan edib.
Bu iki hava limanı əvvəllər 17 sentyabrda fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı.
Bu xəbərdə hava limanlarının fəaliyyətinin bərpası ilə bağlı məlumat daxil olmaqla dəyişiklik edilib.
Əziz Mustafa
Digər xəbərlər




















































































