Budanov münaqişələrin həlli danışıqları üçün ABŞ-dadır

Budanov münaqişələrin həlli danışıqları üçün ABŞ-dadır

10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezident aparatının rəhbəri Kiril Budanov Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün ABŞ-dadır. Oxuməni.az xəbər verir ki, bu barədə UNIAN-ın yaydığı məlumatda deyilir.

Nəşr yazır: "Prezident aparatının rəhbəri və Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Kiril Budanov hazırda ABŞ-dadır və orada Ukraynaya dəstəyin gücləndirilməsi və müharibənin sona çatması istiqamətində atılacaq addımlar barədə bir sıra qapalı danışıqlar aparacaq".

Nəşr qeyd edir ki, Budanov illərlə işlədiyi möhkəm əlaqələri sayəsində ABŞ nümayəndələri ilə etibarlı ünsiyyət formatını qoruyub saxlaya bilir.

Daha əvvəl Zelenskinin ABŞ prezidenti Donald Trampla görüşmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına uçduğu bildirilirdi. Siyasətçi Baş Assambleya binasının maneələrini keçərək bir neçə nümayəndə ilə əl sıxıb. Onun çıxışının sabah olacağı gözlənilir.

Əziz Mustafa