Günəş sistemindən kənarda yerləşən planetdən ilk dəfə radio siqnalı qeydə alınıb
Astronomlar ilk dəfə ekzoplanetdən — Günəş sistemindən kənarda yerləşən planetdən radio siqnalı qeydə alıblar. Oxuməni. az xəbər verir ki, bu barədə Phys.org portalı məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, radio dalğaları güclü maqnit sahəsinə malik β Pictoris b planetində yaranan qütb parıltıları ilə əlaqəlidir və mümkün yadplanetli həyatla heç bir əlaqəsi yoxdur.
Radio siqnalı Cənubi Afrikada yerləşən MeerKAT radio teleskopunun köməyi ilə aşkar edilib. Yupiterdən 10 dəfə ağır olan β Pictoris b-nin yerləşdiyi β Pictoris sistemi Yerdən 64 işıq ili məsafədədir.
İyul ayında Space.com saytı astronomların ilk dəfə atmosferə malik, qayalı və Yerə bənzər ekzoplanet aşkar etdiklərini qeyd edib.
Həmin ay elektron elmi preprintlər portalı arXiv-də Kaliforniya Universitetinin İrvayn bölməsinin (ABŞ) informasiya və kompüter elmləri üzrə alimlərinin Yerə «inandırıcı analoq» aşkar etdikləri barədə məqalə dərc olunub.
Almaz Həsənli




















































































