Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub

11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb.

45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəyə “Art Grand Prix”in hindistanlı pilotu Kuş Maini imza atıb.

"Rodin" komandasından irlandiyalı pilot Aleks Dan ikinci, “Campos”un sürücüsü Nikola Tsolov üçüncü olub.

Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.

Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

10:01

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.

Yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.

Saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

Oxuməni.az