Samara və Ufadakı neft emalı zavodlarına dronlar yenidən zərbə endirib
23 sentyabr gecəsi Ukrayna dronları yenidən Başqırdıstana və Rusiyanın Samara bölgəsinə hücum edib. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatının yaydığı məlumatda deyilir. Monitorinq resurslarına görə, dron hücumlarından sonra Ufa və Samaradakı neft emalı zavodlarının yaxınlığında yanğınlar baş verib.
Yerli sakinlərin sözlərinə görə, dron hücumundan sonra respublika paytaxtının şimalında yerləşən Başneftin neft emalı zavodlarından birinin yaxınlığında yanğın baş verib. Sənaye sahəsinin üzərindən tüstü qalxıb. Yanğın NASA peykləri tərəfindən də qeydə alınıb.
Ümumi gücü ildə 23,5 milyon ton olan üç böyük neft emalı zavodunu əhatə edən Ufa sənaye zonasına sonuncu dəfə 21 sentyabr səhəri dron hücumu edilib.
Samara da həmin gecə dron hücumuna məruz qalıb. Telegram kanalları Rosneft-in Kuybışev Neft Emalı Zavodu yaxınlığında 22 sentyabr gecəsi də hücuma məruz qalan yanğın barədə məlumat verir. Əvvəlki gün zədələnmiş çən yanır.
Kyybışev Neft Emalı Zavodu regionun ən böyük neft emalı zavodlarından biridir. Zavod əvvəllər iyun ayında dron hücumuna məruz qalıb və bundan sonra emalı dayandırılıb.
Xatırladaq ki, 21 sentyabr tarixinə olan məlumata görə, Moskva Neft Emalı Zavodunun dağıdılmasından sonra Ukrayna Müdafiə Qüvvələri Rusiya neft emalı zavodunun layihə gücünün 45%-dən çoxunu sıradan çıxarıb.
Əziz Mustafa




















































































