Azərbaycan millisi Tacikistanla qarşılaşacaq

Azərbaycan millisi Tacikistanla qarşılaşacaq

10:44
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycanın futbol üzrə milli komandası yoldaşlıq oyunu keçirəcək.

Oxuməni.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan millisi Tacikistan yığması ilə üz-üzə gələcək.

Görüş Bakıdakı "Palms Sports Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq. Matçın baş hakimi moldovalı referi Roman Jitar təyin olunub.

Bu oyun Ayxan Abbasovun komandası üçün UEFA Millətlər Liqasına start verməzdən əvvəl son sınaq olacaq. Sentyabrın 27-də Azərbaycan millisi səfərdə Litva ilə, oktyabrın 1-də evdə Lixtenşteynlə, oktyabrın 4-də isə yenidən litvalılarla qarşılaşacaq.

Qeyd edək ki, komandalar indiyədək iki dəfə üz-üzə gəliblər. Hər iki yoldaşlıq görüşündə Azərbaycan qələbə qazanıb – 1993-cü ildə 2:0, 2007-ci ildə isə 3:2 hesabı ilə.

Almaz Həsənli