Tramp 11 ildən sonra ilk dəfə ABŞ-a səfər edən Çin liderini şəxsən qarşıladı
Çin lideri Si Cinpin 2015-ci ildən bəri ilk dəfə olaraq ABŞ-a üçgünlük səfər edib; ABŞ prezidenti Donald Tramp onu hava limanında şəxsən qarşılayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Sentyabrın 23-ü axşam saatlarında Tramp Vaşinqtona dövlət səfərinə başlayan Si Cinpini birbaşa uçuş-enmə zolağında qarşılayıb.
Si-nin təyyarəsi qırmızı xalça, kənarlarda düzülmüş Amerika hərbçiləri, iki B-1 bombardmançı təyyarəsinin uçuşu, həmçinin hər iki ölkənin bayraqlarının qaldırılması və dövlət himnlərinin səsləndirilməsi ilə müşayiət olunan təntənəli mərasimlə qarşılanıb.
Bu, ABŞ-ın maliyyə naziri Skott Bessentin ABŞ və Çinin dünyanın iki ən böyük iqtisadiyyatı arasında "müvəqqəti ticarət atəşkəsi"nin uzadılması barədə razılığa gəldiyini elan etdiyi bir vaxtda baş verib.
Qeyd edək ki, prezident Volodimir Zelenski Trampdan Çin lideri ilə danışıqlar zamanı onu müharibəni dayandırmaq və ya ən azı gərginliyi azaltmaq məqsədilə Kremlin rəhbəri Vladimir Putinə təsir göstərməyə çağırmasını xahiş edib.
Həmçinin Tramp bildirib ki, Si ilə Rusiyaya qarşı sanksiyaları və Rusiya enerji daşıyıcılarını alanlara qarşı "cərimə rüsumlarını" nəzərdə tutan "Qrem qanunu"nu müzakirə edəcək.
Almaz Həsənli




















































































