Aktrisa Syuzan Sarandon Nyu-York şəhərində İsrail əleyhinə keçirilən mitinqdə həbs edilib
Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Eynbinder Nyu-York şəhərində İsrail əleyhinə keçirilən mitinqdə saxlanılan fəallar arasında olublar. Oxuməni.az xəbər verir ki, bu barədə The Guardian qəzetinin məlumatında deyilir.
Jurnalistlər qeyd edirlər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki aktrisaya plastik qandal taxıb və sonra onları "Sülh naminə yəhudi səsi" hərəkatının icazəsiz mitinqinin keçirildiyi yerdən uzaqlaşdırıblar. Plakatlar arasında "İsraili silahlandırmağı dayandırın" yazısı var idi.
NYPD sözçüsü qeyd edib ki, polis əməkdaşları yol ayrıcını bağlamaq cəhdinə reaksiya veriblər. "Qaydalara əməl etməyən bir neçə nəfər nəzarətə alınıb", - 911-ə zəng edən şəxs bildirib.
Sarandon əvvəllər 2018-ci ildə etiraz aksiyasında iştirak etdiyinə görə polis tərəfindən saxlanılıb. Daha sonra amerikalı aktrisa Vaşinqtonda ABŞ prezidenti Donald Trampın immiqrasiya əleyhinə siyasətinə qarşı keçirilən mitinq zamanı həbs edilib.
Əziz Mustafa




















































































