Rusiyanın ən böyük hərbi bazalarından birinə  hücum edilib

Rusiyanın ən böyük hərbi bazalarından birinə hücum edilib

15:23
Bəyəndim (1) Bəyənmədim (0)


8 may gecəsi dronlar Çeçenistanın paytaxtı Qroznıda Rusiyanın ən böyük hərbi bazalarından birinin və FSB binasının yerləşdiyi ərazilərə hücum edib. Bu barədə Oxuməni.az Rusiyanın ASTRA Telegram kanalına istinadən məlumat verib.
ASTRA media resursu foto və videoları təhlil edərək ən azı iki partlayışın baş verdiyini bildirib. Zərbələrdən biri Xankala ərazisinə, ikincisi isə dəmir yolu stansiyasının yaxınlığındakı əraziyə dəyib.
Xankala (Qroznının ətrafı) Rusiya hərbi bazasına və Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Ordusunun bir hissəsi olan Yevpatoriya Qırmızı Bayraqlı 42-ci Qvardiya Motoatıcı Diviziyasının (27777 saylı hərbi hissə) qərargahına ev sahibliyi edir.

Damir yolu stansiyası Qroznının mərkəzində - Çeçenistan lideri Ramzan Kadırovun iqamətgahından iki kilometrdən və Qrozn Şəhər kompleksindən təxminən 1,2 kilometr məsafədə yerləşir.

Xatırladaq ki, RBC-Ukrayna əvvəllər Ukrayna dronlarının 8 may səhəri Çeçenistanın paytaxtı Qroznına hücum etdiyini bildirmişdi. Zərbələrin və partlayışların görüntüləri internetdə görünməyə başladı.

Hücum fonunda yerli media Rusiyanın cənubundakı bir neçə hava limanında fasilələr olduğunu bildirib. Onların sözlərinə görə, dronlardan biri hava naviqasiya binasına dəyib.

Nəticədə Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Əziz MUSTAFA