Aİ Rusiyanın xəbərdarlığına baxmayaraq Kiyevdəki diplomatik nümayəndəliyini təxliyə etmək niyyətində deyil
Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinin Qələbə Günü şənliklərini pozmağa cəhd edəcəyi təqdirdə Rusiyanın Ukrayna paytaxtına zərbə endirəcəyi vədinə görə 9 maya qədər Kiyevdəki diplomatik nümayəndəliyinin üzvlərini təxliyə etmək niyyətində deyil. Bunu Avropa Xarici İşlər Komissiyasının sözçüsü Anuar El-Anuni bildirib.
"Rusiya bir daha öz təcavüzkar müharibəsində Ukraynanı günahlandırmağa çalışır... Biz Kiyevdəki mövqeyimizi və ya varlığımızı dəyişməyəcəyik", El-Anuni bildirib. O, iddia edir ki, Rusiya son illərdə Kiyevdəki bir neçə diplomatik nümayəndəliyə zərər verib.
5 mayda Rusiya Müdafiə Nazirliyi Kiyev sakinlərini və xarici diplomatik nümayəndəliklərin işçilərini şəhəri tərk etməyə çağırıb. Nazirlik xəbərdarlıq edib ki, əgər Ukrayna 9 may bayramını pozmağa cəhd edərsə, Rusiya silahlı qüvvələri Ukrayna paytaxtının mərkəzinə kütləvi raket zərbələri endirəcək.
Əziz MUSTAFA



.jpg)

.jpg)











.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)































































