Livan Səhiyyə Nazirliyi İsrailin hava hücumunda doqquz nəfərin öldüyünü açıqladı

Livan Səhiyyə Nazirliyi İsrailin hava hücumunda doqquz nəfərin öldüyünü açıqladı

12:12
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Səidə şəhəri yaxınlığındakı Saksakiya kəndinə hücum edərək doqquz nəfəri öldürüb, 15 nəfəri yaralayıb. Səhiyyə Nazirliyi bu barədə məlumat verib.

"Sərhəd bölgələrindən olan qaçqın ailəsinin yaşadığı evlərdən birinə raket zərbəsi endirilib. Üç uşaq da daxil olmaqla bütün üzvlər həlak olub", - deyə açıqlamada bildirilir. "Xilasedicilər dağıntıları təmizləməyə davam etdikləri üçün itki və yaralıların sayı arta bilər."

Şənbə günü İsrail Hərbi Hava Qüvvələri cənubundakı Nəbatiyə, Səidə və Tir şəhərləri yaxınlığındakı Hizbullah şiə milisinin qalalarına bir sıra hücumlar həyata keçirib. Onların sakinləri İsrail komandanlığı tərəfindən yaxınlaşan bombalama barədə əvvəlcədən xəbərdar edilib və ölkənin şimalına təxliyə edilib.

Əziz Mustafa