ABŞ Yaxın Şərqə təxminən 26 milyard dollarlıq silah tədarükünü təsdiqlədi

ABŞ Yaxın Şərqə təxminən 26 milyard dollarlıq silah tədarükünü təsdiqlədi

15:43
Bəyəndim (2) Bəyənmədim (0)


Marko Rubio ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinə 25,8 milyard dollarlıq silah tədarükünü təcili olaraq təsdiqləyib. Bu barədə Oxuməni.az “Bloomberg”-ə istinadən məlumat yayıb.
Tədarüklər Bəhreyn, İsrail, Küveyt, Qatar və BƏƏ üçün nəzərdə tutulub.
Bu, ilk növbədə, ballistik raketlərdən və pilotsuz təyyarələrdən qorunmaq üçün istifadə olunan yüzlərlə Patriot PAC-3 MSE və GEM-T zenit-raketləri ilə bağlıdır.
“Bloomberg” qeyd edir ki, yeni məbləğ əvvəllər elan edilmiş 8,6 milyard dollardan təxminən üç dəfə çoxdur. Fərq, administrasiyanın müqavilələrin bir hissəsini yeni sövdələşmələr kimi deyil, artıq təsdiqlənmiş razılaşmalara əlavələr kimi rəsmiləşdirməsi ilə izah olunur.
Bununla belə, tədarüklərin sürətləndirilmiş razılaşdırılması silahların tez əldə edilməsi demək deyil. ABŞ-dakı istehsal gücləri məhduddur və gələcək partiyaların əhəmiyyətli bir hissəsi artıq digər sifarişçilər tərəfindən ayrılmışdır.
Almaz Həsənli