Bonni Tayler təcili əməliyyatdan sonra reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub
Portuqaliyanın Correio da Manha qəzetinin məlumatına görə, Britaniyalı müğənni Bonni Taylerin vəziyyəti olduqca ağırdır. "Total Eclipse of the Heart" və "Holding Out for a Hero" hitlərinin müğənnisi bu yaxınlarda xəstəxanaya yerləşdirilib və bağırsaq əməliyyatı keçirib.
Qəzetin məlumatına görə, müğənni hazırda reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub.
Bonni Taylerin 22 mayda Avropa turnesinə başlaması planlaşdırılır. Konsertlər Almaniya, Türkiyə, Çexiya, Macarıstan, İsveç və digər ölkələrdə planlaşdırılır.
Bonni Tayler (əsl adı Gaynor Sullivan) 1951-ci ilin iyun ayında Böyük Britaniyada anadan olub. Onun musiqi karyerası 1976-cı ildə "Lost in France" hiti ilə başlayıb. Müğənninin populyarlığı 1980-ci və 1990-cı illərdə zirvəyə çatdı. 2013-cü ildə o, "Believe in Me" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində iştirak etdi.
Əziz Mustafa


.jpg)










.jpg)
.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)























































.jpg)
.jpg)
.jpg)








