Türkiyədə güclü "Sibir" şaxtaları gözlənilir
Türkiyənin əhəmiyyətli bir hissəsi 26 dekabrdan etibarən "Sibir" şaxtalarına məruz qalacaq. Bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi xəbər verib.
Türkiyənin şimal, mərkəzi və şərqində qar, yağış və qar yağışı proqnozlaşdırılır. Temperatur 4-10°C düşəcək. Bu hava şəraitinin ən azı bir həftə davam edəcəyi gözlənilir. Buzlanma və nəqliyyatın iflic hala düşməsi gözlənilir.
Ankarada minimum temperatur -3°C, İstanbulda 0°C və Ərzurumda -17°C olacaq. İstanbul hakimiyyəti gözlənilən yağıntı səbəbindən sakinlərə ehtiyatlı olmağı tövsiyə etdi. Güclü şaxtaya qarşı müvafiq qurumlar hazır vəziyyətə gətirilib.
Əziz MUSTAFA
Digər xəbərlər



































.jpg)
.jpg)
.jpg)












































