Qroznıda AZAL təyyarəsinin qəzası nəticəsində həlak olanlara abidə açılıb
Çeçenistanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin 2024-cü ilin dekabr ayında baş vermiş qəzanın ildönümü ərəfəsində aviaqəzada həlak olanların xatirəsinə ucaldılmış abidənin açılışı olub. Bu barədə TASS xəbər verib.
Abidə Qroznıdakı Heydər Əliyev adına xiyabanda ucaldılıb. Mərasimdə çeçen rəsmiləri, AZAL aviaşirkətinin nümayəndələri, həmçinin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev iştirak ediblər.
Abidənin açılışında çıxış edən Çeçenistan rəhbərinin və hökumətinin administrasiyasının rəhbəri Qalas Taymasxanov bildirib: "İlk növbədə, bu faciədə həlak olanların bütün qohumlarına başsağlığı vermək istərdim. Bu aviaqəza hamımız üçün dəhşətli xəbər oldu".
Taymasxanov AZAL-ın rəhbərliyi vasitəsilə sağ qalan ekipaj üzvlərinə "Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə" medallərini təqdim edib.
Öz növbəsində, "Azərbaycan Hava Yolları"nın rəhbəri Samir Rzayev mərasimdə çıxış edərək bildirib ki, "belə anlarda xalqlar arasındakı qardaşlıq əlaqələrinin möhkəmliyi xüsusilə aydın şəkildə özünü göstərir".
Almaz Həsənli





















.jpg)
.jpg)
.jpg)

























































