
Ukraynada müharibə danışıqlar yolu ilə bitməlidir
Braziliya prezidenti Lula da Silva Ukraynadakı müharibənin “real həllinə” çağırıb. Silva bu barədə BMT Baş Assambleyasında çıxışı zamanı bildirib. O, bəyan edib ki, Ukraynadakı müharibə hərbi yolla həll edilə bilməz.
"Bu yaxınlarda Alyaskada keçirilən görüş danışıqlar yolu ilə həllə ümid verdi; real həllə yol açmaq lazımdır. Bu, bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarının nəzərə alınması deməkdir", - o deyib.
Qəzzadakı vəziyyətlə bağlı Lula bəyan edib ki, “HƏMAS-ın həyata keçirdiyi terror aktları heç bir baxımdan qəbuledilməzdir, lakin heç bir şey davam edən soyqırıma haqq qazandırmır”.
Lula da Silva Rusiyanın Ukraynaya qarşı müharibəsinin tezliklə başa çatmalı olduğuna inandığını daha əvvəl söyləmişdi. Konkret olaraq o, Avropa İttifaqının üzv ölkələrin yenidən silahlanmasına 800 milyard avro ayırmaq qərarını tənqid edib.
Əziz Mustafa