
Bosniyada Ukraynaya qarşı döyüşən rusiyalı muzdlu saxlanılıb
Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşən muzdlu Dario Ristiç Bosniyanın paytaxtı Sarayevo hava limanında saxlanılıb.
Bu barədə “RBC-Ukrayna” radiosarajevo.ba-ya istinadən məlumat yayıb.
Ristiçin keçən həftə saxlanıldığı bildirilir. O, İstanbuldan gələn təyyarə ilə Sarayevoya gəlib.
Sentyabrın 9-da Bosniya və Herseqovina Məhkəməsi prokurorun vəsatətini təmin etdi və Ristiç bir aya qədər, ya da 18 oktyabr 2025-ci il tarixinə qədər və ya əlavə xəbərdarlıq edilənə qədər həbsdə qaldı. O, hazırda Voykoviçidəki dövlət həbsxanasındadır.
Ristiçin vəkili bildirib ki, müvəkkili xarici silahlı qruplaşmalarda iştiraka görə İnterpolun verdiyi beynəlxalq həbs orderini öyrəndikdən sonra Bosniya və Herseqovina ədliyyəsinə təslim olmaq qərarına gəlib.
Ristiç başqa ölkədə döyüş meydanında törətdiyi hərbi cinayətlərə görə axtarışda idi. O, Serbiyadan olan könüllülərin də daxil olduğu Rusiyanın “Perm ayıları” bölməsinin tərkibində Ukraynada döyüşüb.
Oxuməni.az