
KONMEBOL prezidenti Dominqes FİFA-nı dünya çempionatını 64 komandaya qədər genişləndirməyə razı salmaq niyyətindədir
Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alejandro Dominqes bu həftə Nyu-Yorkda FİFA rəhbərliyi ilə dünya çempionatının 64 komandaya genişləndirilməsi ideyasını təbliğ etmək üçün işgüzar görüşlər keçirəcək.Bu barədə “Ole” xəbər verir.
KONMEBOL 2030-cu il dünya çempionatının formatını genişləndirməyə ümid edir. Turnir İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək və üç Cənubi Amerika ölkəsi - Uruqvay, Argentina və Paraqvay birinci mərhələdə hər biri bir oyuna ev sahibliyi edəcək.
KONMEBOL-un planına görə, genişləndirilərsə, Cənubi Amerika ölkələri daha çox oyun alacaq və 2030-cu il Dünya Kubokunun tam ev sahibi olacaqlar. Qrup mərhələsi hər birində dörd komandadan ibarət 16 qrupdan ibarət olacaq. Hər qrupdan ilk iki yeri tutan komanda pley-off mərhələsinə yüksələcək.
FİFA daha əvvəl turniri 32 komandadan 48 komandaya qədər genişləndirmişdi. 2026-cı il dünya çempionatı tarixdə 48 milli komandanın iştirak etdiyi ilk çempionat olacaq.
Almaz Həsənli