
Norveçin paytaxtı Oslonun mərkəzində partlayış baş verib
Norveçin paytaxtı Osloda Pilestredet mərkəzi küçəsində partlayış baş verib, "Dagsavisen" qəzeti polisə istinadən xəbər verir. Hüquq-mühafizə orqanları hadisənin cinayət fəaliyyəti ilə bağlı ola biləcəyini düşünür.
Polisin əsas nəzəriyyəsi cinayətkarların partlayışla digər cinayətkarlara hücum etməyi planlaşdırmasıdır. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, əvvəlcə küçədə qumbara partlayıb, daha sonra ərazidə daha bir qumbara yerdə tapılıb.
Partlayışdan sonra yaxınlıqda olan bir nəfər həbs edilib. Dagsavisen xəbər verir ki, təsdiqlənməmiş məlumatlara görə, şübhəli şəxs 13 yaşlı oğlandır.
"Bölgədə partlayıcı qurğular qaldığı üçün polis sakinlərdən pəncərələrdən uzaqlaşmalarını xahiş edir", sakinlərə göndərilən fövqəladə xəbərdarlıqda deyilir.
Polis əlavə edib ki, qumbara idarə olunan partlayış nəticəsində partladılıb. Dəymiş ziyanın dəqiq miqyası məlum deyil.
Əziz MUSTAFA