
Ərdoğan bəyan edib ki, Ukrayna münaqişəsinin həlli üçün çalışacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı bəyan edib ki, o, Ukrayna münaqişəsinin həlli üçün fəaliyyətini davam etdirməyə hazırdır.
“Yaxın günlərdə biz döyüşləri dayandırmaq üçün işimizi davam etdirəcəyik",-deyə Ərdoğan bəyan edib.
O, Türkiyədə Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında görüşlərin keçirildiyini xatırladıb. Ərdoğan həmçinin qeyd edib ki, Avropa Ukraynaya qeyri-müəyyən müddətə iqtisadi yardım göstərə bilməz. O, etiraf edib ki, Rusiya-Ukrayna hərbi münaqişəsinin tezliklə bitəcəyinə inanmır.
Bundan əvvəl Ərdoğanın Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcəyi bildirilirdi. Onlar Ukrayna münaqişəsi və digər mövzuları müzakirə edəcəklər.
Əziz Mustafa