Britaniyanın “Eurofighter” qırıcı təyyarələri Polşa səmasında patrul etməyə başlayıb

Britaniyanın “Eurofighter” qırıcı təyyarələri Polşa səmasında patrul etməyə başlayıb

11:34
Bəyəndim (0) Bəyənmədim (0)


Britaniyanın “Eurofighter” qırıcı təyyarələri Rusiyanın son zamanlar etdiyi pozuntulardan sonra NATO-nun hava məkanından müdafiə missiyası çərçivəsində Polşa səmasında patrul etməyə başlayıb.

Bu barədə Oxuməni.az “Reuters”ə istinadən məlumat yayıb.

Britaniyanın müdafiə naziri Con Hilinin sözlərinə görə, bu əməliyyat Moskvaya açıq siqnaldır: “NATO-nun hava məkanı müdafiə olunacaq”.

Cümə günü axşam Kral Hərbi Hava Qüvvələrinə məxsus iki Eurofighter Typhoon döyüş təyyarəsi İngiltərənin şərqindəki hərbi bazadan havaya qalxıb. Potensial Rusiya təhdidlərinin, o cümlədən İHA-ların qarşısını almaq üçün Polşa səmasında patrulluq edirdilər. Hər iki təyyarə şənbə günü səhər tezdən, sentyabrın 20-də sağ-salamat Böyük Britaniyaya qayıdıb.

Əziz Mustafa