Ukrayna Latın Amerikası ölkələrində yeni səfirliklər açmaq istəyir

Ukrayna Latın Amerikası ölkələrində yeni səfirliklər açmaq istəyir

16:23
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Latın Amerikası ölkələri ilə diplomatik əlaqələri genişləndirməyə çalışır. Xüsusilə, yeni səfirliklər açmaqla.

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

Sibiqa Nyu Yorkda Karib Hövzəsi Dövlətləri Assosiasiyası Nazirlər Şurası və ACA Müşahidəçi Dövlətləri arasında Yüksək Səviyyəli Dialoqda iştirak edib.

Tədbirdə bir sıra Latın Amerikası və Karib hövzəsi ölkələrindən nümayəndələr də iştirak edib.

"Ukrayna sülhə maneə deyil. Bu müharibə yalnız Rusiya onu dayandırmaqdan imtina etdiyi üçün davam edir. Burada sülh səylərini sürətləndirmək üçün sizin dəstəyinizə ehtiyacımız var. Səsiniz vacibdir. Sizin həmrəyliyinizə ehtiyacımız var. Bu, prinsiplərlə bağlıdır", - Sibiqa bildirib.

O, həmçinin Ukraynanın Latın Amerikası və Karib hövzəsi regionunda əməkdaşlığı genişləndirmək, konkret olaraq Dominikan Respublikası, Panama, Uruqvay və Ekvadorda yeni səfirliklər açmaq istəyindən danışıb.

Oxuməni.az