
Yekaterinburq məhkəməsi keçmiş Azərbaycan diaspor lideri Şıxlinskinin həbs müddətini uzadıb
Yekaterinburqdakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski barəsində 2025-ci il dekabrın 30-dək həbs qətimkan tədbiri seçilib.URA.RU-nun verdiyi məlumata görə, bu barədə Verx-İsetski Rayon Məhkəməsi qərar qəbul edib.
"Dekabrın 30-na kimi həbsdə saxlanılsın", - hakim bildirib.
Çoxlu sayda qohumları, həmyerliləri Şahini dəstəkləməyə gəliblər. İştirak edənlər diaspor rəhbərinin daha gənc və sağlam göründüyünü qeyd ediblər. Şahin Şıxlinski yüksək əhval-ruhiyyədə olub, hətta jurnalistlərlə qısa söhbət edib.
Gülən Şıxlinski jurnalistlərə “Yaşasın Rusiya və Azərbaycan dostluğu” deyib.
Şıxlinskinin həbsi avqustun 2-də elan edilib. Qeyri-rəsmi məlumatlara görə, o, Moskvada bu yaxınlarda gizləndiyi iddia edilən xarici diplomatik nümayəndəliyin binasından çıxarkən baş verib. O, ilkin olaraq qətlə cəhddə və xüsusi təyinatlıların zabitinə qarşı zorakılıqda ittiham olunur.
Almaz Həsənli