Türkmənlər prezidentdən maaşları artırmamağı xahiş ediblər

Türkmənlər prezidentdən maaşları artırmamağı xahiş ediblər

12:25
Bəyəndim (0) Bəyənmədim (0)


Türkmənistanda maaş və pensiya artımlarından imtina etmək üçün çağırışlar edilib.
Vesti.az-ın məlumatına görə, Fəxri Ağsaqqal Yazmırat Atamıradov Xalq Məsləhətinin (Xalq Şurasının) iclasında bildirib ki, ölkədə həyat səviyyəsi artıq kifayət qədər yüksəkdir və “qənaət olunan vəsait milli inkişafa yönəldilməlidir”.
Rəsmi məlumatlara görə, Türkmənistanda minimum pensiya təqribən 27 dollar (Təxminən 46 manat.-red.) təşkil edir, lakin reallıqda bir çox pensiyaçılar bu məbləğdən az alırlar.
Xatırladaq ki, 2019-cu ildə keçmiş prezident Qurbanqulu Berdiməhəmmədov uzun illərdir mövcud olan əhaliyə pulsuz işıq, qaz, içməli su və duz verilməsi təcrübəsini ləğv edib.
Oxuməni.az