
Toni Bleyr gələcək Qəzza Administrasiyasına rəhbərlik edə bilər
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr Qəzza zolağında keçid administrasiyasına rəhbərlik edə bilər. Bu barədə “The Economist” yazır.
“Planla əlaqəli çoxsaylı mənbələrə görə, Bleyr “Beynəlxalq Qəzzə Keçid Təşkilatı” adlı quruma rəhbərlik edə bilər”, - nəşr iddia edir.
Nəşrin məlumatına görə, Böyük Britaniyanın keçmiş baş naziri beş il ərzində Qəzzada “ali siyasi və hüquqi hakimiyyət” kimi fəaliyyət göstərmək üçün BMT mandatı almaq niyyətindədir. Təsdiqlənsə, onun 25 nəfərə qədər katibliyi və yeddi nəfərdən ibarət şurası olacaq.
Almaz Həsənli
Digər xəbərlər