Azərbaycanda metro və bəzi avtobuslarda gediş haqqı bahalaşıb

Azərbaycanda metro və bəzi avtobuslarda gediş haqqı bahalaşıb

12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutlarında və metroda sərnişindaşımalarda yeni tariflər müəyyən edib.

Oxuməni.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, nağdsız ödənişlə metro və avtobusla gediş 60 qəpik olacaq. Yeni qiymətlər Bakı, Sumqayıt, Abşeron və bir sıra rayonlardakı marşrutlara şamil olunacaq.

Bu tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.

Yeni gediş haqqı ödənişin yalnız nağdsız qaydada qəbul edildiyi Bakının inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və kəndlərarası marşrutlarda işləyən avtobuslara, eləcə də elektrik enerjisi və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bu dəyişiklik ilkin olaraq paytaxtın yuxarıda göstərilən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-nə təsir edəcək. Qiymət dəyişikliyi bu tələblərə cavab verməyən marşrutlara şamil edilməyəcək. Eyni zamanda, gediş haqqı dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron və digər şəhər və rayonlara xidmət göstərən müntəzəm avtobus marşrutlarına da şamil olunacaq. Bu dəyişiklik yalnız 2025-ci il yanvarın 1-dən sonra istehsal olunmuş elektrik enerjisi, sıxılmış təbii qaz və ya dizel yanacağı ilə işləyən və nağdsız ödənişi qəbul edən avtobuslara şamil ediləcək.

Oxuməni.az