Vens: ABŞ Kiyevi “Tomaqavk” raketləri ilə təchiz etməyi düşünür

Vens: ABŞ Kiyevi “Tomaqavk” raketləri ilə təchiz etməyi düşünür

11:28
Bəyəndim (1) Bəyənmədim (0)


Birləşmiş Ştatlar Ukraynanın uzun mənzilli səssiz “Tomaqavk” qanadlı raketləri ilə bağlı müraciətinə baxır. Bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl ABŞ-dan “Tomaqavk” raketlərini Avropa ölkələrinə satmağı, sonra isə onları Ukraynaya göndərməyi xahiş etmişdi. Vens qeyd edib ki, sazişin təsdiq edilib-edilməməsi ilə bağlı yekun qərar ABŞ prezidenti Donald Trampın səlahiyyətində olacaq. “Biz, şübhəsiz ki, avropalıların bir sıra müraciətlərini nəzərdən keçiririk.
“Reuters” xəbər verir ki, “Tomaqavk” raketləri 2500 km uçuş məsafəsinə malikdir. Agentlik qeyd edir ki, bu cür silahların tədarükü Rusiya tərəfindən demək olar ki, eskalasiya kimi qiymətləndiriləcək. Tramp bundan əvvəl də Ukraynanın uzaqmənzilli raketlərlə bağlı tələblərini dəfələrlə rədd edib.
Bundan əvvəl, sentyabrın 26-da Britaniyanın “The Telegraph” qəzeti yazıb ki, Zelenski Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Trampla qapalı görüş zamanı ondan Kiyevi “Tomaqavk” raketləri ilə təmin etməyi xahiş edib.
Trampla söhbətində Zelenski bildirib ki, bu raketlər “Rusiya prezidenti Vladimir Putini sülh sazişini müzakirə etmək üçün danışıqlar masasına oturmağa inandırmağa kömək edəcək”, “The Telegraph” yazır. Qəzet Trampın Zelenskinin sorğusuna necə cavab verdiyini açıqlamayıb.
Almaz Həsənli