
Azərbaycan III MDB Oyunlarında medallar cədvəlində üçüncü və dördüncü yerləri bölüşür
Azərbaycanda III MDB Oyunları davam edir. Azərbaycan idmançıları III MDB Oyunlarına güclü start veriblər.
Azərbaycanda keçirilən MDB Oyunlarının ikinci günündən sonra ümumi medal cədvəlinə hazırda Rusiya komandası başçılıq edir. “TASS” xəbər verir ki, Rusiya idmançıları artıq 13 qızıl, iki gümüş və iki bürünc medal qazanıblar.
Belarus komandası bir qızıl, dörd gümüş və dörd bürünc medalla ikinci yerdədir. Üçüncü və dördüncü yerləri Azərbaycan və Qazaxıstan komandaları bölüşürlər (hər biri üç gümüş və üç bürünc medal).
Azərbaycan idmançıları yeni mükafatlar uğrunda mübarizəni davam etdirirlər və azarkeşlər bundan sonra da möhtəşəm qələbələr gözləyirlər.
İndiyədək dörd ölkənin təmsilçiləri medal qazanıblar.
Oyunlarda 13 ölkədən idmançılar mübarizə aparır.
III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Almaz Həsənli