Əməkdar artist Cabir İmanov vəfat edib

Əməkdar artist Cabir İmanov vəfat edib

15:20
Bəyəndim (0) Bəyənmədim (0)


Əməkdar artist Cabir İmanov vəfat edib.
Oxuməni.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.
1992–2001-ci illərdə "Parni iz Baku" şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən Hazırcavablar Klubu "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" Şən Hazırcavablar Klubu Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Ailəli idi, 4 övladı var.

Oxuməni qəzeti kollektivi olaraq Cabir İmanovun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və mərhuma Allahdan rəhmət diləyirik.
Oxuməni.az