Əfqanıstanda internet tamamilə bağlanıb

Əfqanıstanda internet tamamilə bağlanıb

11:35
Bəyəndim (1) Bəyənmədim (0)


“NetBlocks” internet xidməti sentyabrın 29-da Əfqanıstanda internet xidmətinin kəsildiyini bildirib. "Taliban hakimiyyətinin əxlaqı qorumaq üçün addımlar atması ilə Əfqanıstan hazırda internetin tam bağlanması vəziyyətindədir", - xidmət öz Telegram kanalında bildirib. Xidmətin məlumatına görə, telefon əlaqəsi də kəsilib.
“Associated Press”-in məlumatına görə, bu, Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra ilk belə hadisədir.
Sentyabrın ortalarında Taliban “əxlaq” kampaniyası çərçivəsində Əfqanıstanın şimalında fiber-optik interneti bağlayıb. "Bu tədbir əxlaqsızlığın qarşısını almaq üçün atılıb; ehtiyacları ödəmək üçün ölkədə alternativ tikiləcək", - Əfqanıstan hökumətinin sözçüsü jurnalistlərə bildirib.
“Associated Press”-in məlumatına görə, kəsintilər yalnız Bəlx vilayətinə təsir edib. Bununla belə, “Reuters” xəbər verir ki, kabel interneti ölkənin beş şimal bölgəsində mövcud deyil: Bəlxdən başqa, bunlara Kunduz, Bədəxşan, Baqlan və Taxar əyalətləri də daxildir.
Nəticədə bir çox rayonlarda və böyük şəhərlərdə dövlət idarələri, evlər və özəl müəssisələr Wi-Fi-dan məhrum olub. Bununla belə, mobil internetin hələ də mövcud olduğu bildirilir.
Almaz Həsənli