
Ukraynaya “Tomaqavk” raketlərinin verilməsi ilə bağlı son qərar Donald Tramp tərəfindən qəbul ediləcək
ABŞ Ukraynaya NATO-nun “Tomaqavk” raketlərinin tədarükü imkanını müzakirə edir. Bununla belə, yekun qərarı prezident Donald Tramp verəcək.
“Fox News”a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.
"Siz "Tomaqavk"la bağlı sual verdiniz. Bu, yekun qərarın prezident tərəfindən veriləcəyi məsələdir... Qoy prezident bu barədə danışsın, amma mən bilirəm ki, biz indi bu barədə danışırıq", - Vens deyib.
O əlavə edib ki, Tramp ABŞ-ın maraqlarından çıxış edəcək və bu, onun xarici və müdafiə siyasətində qərarlarının əsasında dayanan fundamental prinsipdir.
“Tomaqavk” raketləri ilə bağlı sualı cavablandırarkən eyni prinsipi tətbiq edəcəyik”, - deyə o, yekunlaşdırıb.
Xatırladaq ki, WSJ bu yaxınlarda Trampın Nyu-Yorkda Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyaya qarşı uzaqmənzilli zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazır olması barədə məlumat verdiyini bildirib.
Əziz Mustafa