Bolqarıstan İtaliya ilə razılaşma əsasında NATO bazası tikməyi planlaşdırır

Bolqarıstan İtaliya ilə razılaşma əsasında NATO bazası tikməyi planlaşdırır

15:33
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova bəyan edib ki, NATO İtaliya ilə razılaşma əsasında bu ölkədə ən böyük bazasını tikməyi planlaşdırır. O, bu barədə “İzvestiya” qəzetinə bildirib.

"NATO-ya üzv ölkələr öz şərq cinahını daha da hərbiləşdirmək niyyətlərini gizlətmirlər", - xanım Mitrofanova bildirib.

Onun sözlərinə görə, NATO həmçinin yeni silahlar almağı və qoşunların hərəkəti üçün “hərbi mobillik dəhlizləri” yaratmağı planlaşdırır. Səfir onu da qeyd edib ki, Bolqarıstan hakimiyyət orqanları NATO kontingentinin 1200-dən 5000-ə qədər artırılmasına hazırlaşmağın zəruriliyini dəfələrlə qeyd edib.
Əziz Mustafa