
Netanyahu Dohaya hava hücumuna görə Qətərdən üzr istəyib
İsrailin Baş naziri Binyamin Netanyahu Qətərin Baş naziri Məhəmməd Əl-Tani ilə telefon danışığında İsrailin Dohaya hava hücumu nəticəsində Qətərin suverenliyini pozduğuna görə üzr istəyib. Bu barədə “Kanal 12” və “Axios” mənbələrə istinadən xəbər verir.
Söhbət zamanı Netanyahu həmçinin Qətər təhlükəsizlik zabitinin zərbə zamanı həlak olmasından təəssüfləndiyini bildirib.
KİV-in məlumatına görə, İsrail və Qətər liderləri ABŞ prezidenti Donald Trampın iştirakı ilə danışıblar. Sentyabrın 29-da axşam saatlarında Netanyahu Trampla görüş üçün Ağ Evə gəlib, görüşün əsas mövzusu Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılaşma olub.
Tezliklə Ağ Ev və İsrail Baş Nazirinin ofisi Netanyahunun Əl-Tani ilə telefonla danışdığını təsdiqləyib. O, İsrailin "zərbəmiz nəticəsində vətəndaşlarınızdan birinin həlak olmasından təəssüfləndiyini" və "gələcəkdə Qətərin suverenliyini bir daha pozmaq niyyətində olmadığını" bildirib.
Xatırladaq ki, İsrail ordusu sentyabrın 9-da Dohada hava hücumu həyata keçirib. İsrail ordusu bunu "HƏMAS terror qruplaşmasının yüksək rütbəli rəhbərliyini hədəf alan hədəfli zərbə" elan edib. Qətər hücuma görə Netanyahunu məsuliyyətə cəlb edəcəyinə söz verib.
Almaz Həsənli