
Pentaqon yeni İHA istehsalı üçün 5 milyard dollarlıq müqavilə imzalayıb
Amerikanın “Raytheon” şirkəti Pentaqonla “Coyote” pilotsuz uçuş sisteminin istehsalı ilə bağlı müqavilə imzalayıb. Buraya Coyote İHA, işəsalma qurğusu və radar daxildir.
Müdafiə Nazirliyindən verilən açıqlamada müqavilənin dəyərinin 5 milyard dollardan çox olduğu və 28 sentyabr 2033-cü ilə qədər tamamlanmalı olduğu bildirilib.
İstehsalın həcmi və müqavilənin digər detalları açıqlanmayıb. Açıq sənaye mənbələri Coyote İHA-nın birdəfəlik istifadə üçün nəzərdə tutulduğunu göstərir. Kiçik pilotsuz təyyarə kəşfiyyat və müşahidə vasitəsi kimi bir saata qədər işləyə bilir və yüksək partlayıcı parçalanma qabiliyyətinə malik raketləri seçilmiş hədəfə çatdıra bilir. O, həmçinin avtonom İHA dəstəsinin bir hissəsi kimi fəaliyyət göstərə bilər.
Avqustun əvvəlində Raytheon AMRAAM raketləri və əlaqəli avadanlığın istehsalı üçün 3,5 milyard dollar dəyərində müqavilə aldı. Müqaviləyə Ukraynaya, həmçinin 18 Avropa və Yaxın Şərq ölkəsinə çatdırılma daxildir.
Əziz MUSTAFA