
“Qarabağ” bu gün Bakıda “Kopenhagen”lə qarşılaşacaq
Bu gün Azərbaycanın "Qarabağ" klubu Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun oyununu keçirəcək.
Oxuməni.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də Tofiq Bəhramov adına stadionda baş tutacaq.
Qarşılaşmanı hollandiyalı FİFA referisi Serdar Gözübüyük idarə edəcək.
İlk turda "Qarabağ" "Benfika"nı məğlub edib (3:2), "Kopenhagen" isə "Bayer"lə heç-heçə edib (2:2). Buna uyğun olaraq, Ağdam klubu turnir cədvəlində 2 xal öndədir.
Hazırda Çempionlar Liqasının 2-ci turunun çərşənbə axşamı keçirilən oyunlarından sonra Azərbaycan çempionu “Qarabağ” ümumi cədvəldə 13-cü pillədə qərarlaşıb (3 xal).
Almaz Həsənli
Digər xəbərlər